Kurs
Deep Learning təlimi

PyTorch istifadə edərək Computer Vision, Natural Language Processing və Generative AI üçün müasir neyron şəbəkələri qurmağı və Deep Learning modellərini hazırlamağı öyrənin.
Bu kurs kimlər üçündür
Python və Machine Learning üzrə əsas biliklərə sahib olub Deep Learning və müasir neyron şəbəkəsi arxitekturalarını öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulub. Data scientist-lər, AI mühəndisləri, proqramçılar, tədqiqatçılar və Computer Vision, Natural Language Processing (NLP) və Generative AI sahələrində inkişaf etmək istəyən mütəxəssislər üçün uyğundur.
Deep Learning müasir süni intellekt sistemlərinin əsasını təşkil edir və şəkil tanınması, təbii dilin emalı, tövsiyə sistemləri, avtonom nəqliyyat vasitələri və Generative AI kimi bir çox tətbiqin arxasında dayanır. Bu kurs neyron şəbəkələrinin həm nəzəri əsaslarını, həm də praktik tətbiqini öyrənməyə yönəlmişdir. Kurs boyunca PyTorch istifadə edərək neyron şəbəkələrinin qurulmasını, öyrədilməsini və optimallaşdırılmasını mənimsəyəcək, CNN, RNN, Attention mexanizmləri, Transformer arxitekturaları və müasir generativ modellərlə işləyəcəksiniz. Real data dəstləri üzərində modellər hazırlayacaq, onların performansını qiymətləndirəcək, regularizasiya üsullarını tətbiq edəcək və Deep Learning layihələrinin hazırlanması üzrə ən yaxşı praktikaları öyrənəcəksiniz. Təlim real layihə üzərində hazırlanan yekun capstone layihəsi ilə tamamlanır.
Nə öyrənəcəksiniz
Deep Learning əsasları, neyron şəbəkələri və optimizasiya.
PyTorch əsasları və neyron şəbəkələrinin qurulması.
Computer Vision üçün CNN-lər və şəkil klassifikasiyası.
RNN-lər, ardıcıl (sequence) modellər, Attention və Transformer-lər.
Autoencoder, VAE, GAN və müasir generativ modellər.
Modellərin öyrədilməsi, qiymətləndirilməsi, regularizasiya və ən yaxşı praktikalar.
Real data dəstləri üzərində Deep Learning yekun layihəsi.
14 həftə


