Kurs
R ilə Data Analitikası

R və tidyverse ekosistemindən istifadə edərək statistik analiz, data vizuallaşdırması və təkrarlana bilən analitik iş axınlarını öyrənin.
Bu kurs kimlər üçündür
R proqramlaşdırma dili ilə statistik analiz və data vizuallaşdırmasını öyrənmək istəyən tələbələr, tədqiqatçılar, analitiklər və müxtəlif sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Xüsusilə elmi tədqiqat, səhiyyə, maliyyə və sosial elmlər sahəsində məlumatlarla işləyən şəxslər üçün uyğundur.
R statistik hesablamalar, elmi tədqiqatlar və data analitikası üçün dünyada ən geniş istifadə olunan proqramlaşdırma dillərindən biridir. Bu kurs yalnız R sintaksisini deyil, müasir R ekosistemi ilə məlumatların effektiv emalını və təhlilini öyrədir. Kurs ərzində dplyr ilə məlumatların emalı, tidyr ilə transformasiya, ggplot2 ilə vizuallaşdırma, statistik analiz, hipotez testləri, reqressiya modelləri, R Markdown ilə hesabatların hazırlanması və Shiny vasitəsilə interaktiv tətbiqlərin yaradılması öyrədilir. Bütün mövzular real datasetlər və praktik layihələr üzərində tətbiq olunur.
Nə öyrənəcəksiniz
R əsasları, data tipləri, idarəetmə strukturları və funksiyalar.
dplyr ilə məlumatların emalı və tidyr ilə transformasiyası.
ggplot2 ilə data vizuallaşdırması və Exploratory Data Analysis (EDA).
Statistik analiz
ehtimal nəzəriyyəsi, hipotez testləri, ANOVA, korrelyasiya və reqressiya.
Time Series analizi və proqnozlaşdırmanın əsasları.
R Markdown ilə hesabatların hazırlanması və Shiny ilə interaktiv tətbiqlərin yaradılması.
Real dataset üzərində yekun analitik layihə.
10 həftə


